ABŞ Dövlət Departamenti baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT-yə üzvlüyü və Yerevanın müdafiə sahəsində atdığı addımlarla bağlı verdiyi bəyanatlarla bağlı “Amerikanın səsi”nin erməni xidmətinin sorğusuna cavab verib.
"Biz müstəqil ölkə kimi Ermənistanın seçdiyi təhlükəsizlik əlaqələrini davam etdirmək istəyinə hörmətlə yanaşır və regiondakı bütün ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", - Dövlət Departamenti bildirib.
Departament Yerevanın Moskva ilə münasibətlərində mövcud problemlərə toxunaraq qeyd edib: “Rusiya Cənubi Qafqazda və ya başqa yerlərdə etibarlı və vicdanlı müttəfiq və ya tərəfdaş deyil. Biz dəfələrlə görmüşük ki, Rusiya Ermənistanın maraqlarını düşünmür”.