ER Parlamentinin sədr müavini Ruben Rubinyan Fransa parlamentinin nümayəndə heyətini qəbul edib.
Rubinyan qeyd edib ki, Ermənistan-Fransa münasibətləri artıq qarşılıqlı maraqlara əsaslanan institusional səviyyəyə yüksəlib.
ER Parlamentinin sədrinin müavini Avropa Şurasının Xarici Əlaqələr Komitəsinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin sədri Natali Luazoya Avropa Parlamentində Ermənistanı dəstəklədiyinə, Fransa Senatına isə 2024-cü il yanvarın 17-də qəbul edilmiş qətnaməyə görə təşəkkür edib.
Avropa Şurasının Xarici Əlaqələr Komitəsinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin sədri Natali Luazo qeyd edib ki, Fransanın siyasi həyatında Ermənistanın özünəməxsus yeri var. “Bizim münasibətimiz xüsusidir. Biz sülh yolunda Ermənistanı dəstəkləyəcəyik”, - deyə Natali Luazo bildirib.
ER Parlamentinin Ermənistan-Fransa dostluq qrupunun rəhbəri Vladimir Vardanyan Ermənistan-Fransa münasibətlərinin inkişafında və ermənipərəst qətnamə və qərarların qəbul edilməsində Fransaının qanunverici və icraedici orqanlarının rolunu vurğuladı.