Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Silahlı Qüvvələrinin rəhbəri Sebastyan Lekornu ilə keçirdiyi mətbuat konfransında qeyd edib ki, təhlükə var.
“Ermənistan Respublikası öz silahlı qüvvələrini və imkanlarını yeniləmək və modernləşdirmək qərarına gəlib. Bu o deməkdir ki, ehtiyaclarımızı öz vəsaitimiz hesabına tamamlamağa ehtiyacımız var və əlbəttə ki, tərəfdaş ölkələrin, o cümlədən avropalı tərəfdaşların dəstəyi bizə kömək edəcək.
Ermənistan öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün silah alır. Ermənistanın aldığı silah-sursatlar heç bir ölkəyə qarşı təcavüz məqsədi daşımır. Təbii ki, təhlükənin olduğunu təkzib edə bilmərəm. Və bu təhlükə indiki ritorikada görünür. Bizim vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü və suverenliyini qorumaqdır.
Yaxın gələcəkdə sülh müqaviləsi imzalandıqdan sonra hansı təhlükəsiz mühitə sahib olacağımızdan asılı olmayaraq, Ermənistan Respublikası müdafiə silahları və sursatları almağa davam edəcək və bugünkü razılaşmamız bu barədədir”.