Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına eksklüziv müsahibəsində bəyan edib ki, Azərbaycan yeni müharibəyə hazırlaşır.
Onun sözlərinə görə, iki ölkə arasındakı böhranın sülh yolu ilə həlli vədləri faktiki olaraq Azərbaycanın hərəkətləri ilə təkzib olunurlar.
Nikol Paşinyan bəyan edib ki, Bakı Ermənistan ərazisini “Qərbi Azərbaycan” hesab edir. Baş nazirin sözlərinə görə, Əliyev ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişinin əldə olunmasını istəmir, əksinə Ermənistanın yeni ərazilərini zəbt etməyi hədəfləyir.
Fransanın Ermənistana göstərdiyi hərbi yardıma rəsmi Bakının reaksiyasına gəlincə, Paşinyan vurğulayıb ki, Azərbaycan da öz növbəsində silah-sursat əldə etmək üçün “milyardlarla avro” xərcləyir.
Baş nazir bildirib ki, Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb. Onun sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib.
“Biz ərazimizdəki qanunsuz fəaliyyətlə barışmayacağıq”, – Paşinyan vurğulayıb və əlavə edib ki, Yerevanın tələbləri yerinə yetirilməsə, Ermənistan bunu cavabsız qoymayacaq
KTMT-dən danışan paşinyan qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırıb.
"Bazaya gəlincə, bunun Ermənistan Respublikasının ərazisində olması KTMT ilə razılaşma çərçivəsində deyil. Əslində, bu, başqa bir müqavilənin mövzusudur və biz hazırda bu barədə danışmırıq",- o əlavə edib.