“France 24” telekanalına müsahibəsində Kreml baş nazir Nikol Paşinyanın alyansın Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Ermənistanın KTMT strukturlarında iştirakını praktiki olaraq dondurması barədə bəyanatına reaksiya verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya Ermənistandan bu bəyanatın nə demək olduğunu öyrənməyi planlaşdırır. Kreml nümayəndəsinin sözlərinə görə, üzvlüyün dondurulması ilə bağlı Ermənistan tərəfdən rəsmi bildiriş almayıblar. “Erməni tərəfi bununla bağlı rəsmi addımlar atmayıb”, - Peskov qeyd edib.