Fransa prezidentinin qərarlarından biri Ermənistana, Ermənistanın Müdafiə Nazirliyinə dəstək verməkdir və hazırda bütün bunları həyata keçirmək üçün material, silah və təlimlərindən istifadə etmək üçün prioritet əldə edilib. Bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornu bildirdi.
“Reallıq budur ki, Fransa tarixən de Qoll tərəfindən modelləşdirilmiş ordusu ilə suveren bazaya malikdir və istehlak etdiyimiz hər şey, aldığımız hər şey Fransada istehsal olunur. Bu, Avropada çox xüsusi bir modeldir, çünki bizim bu sənaye muxtariyyəti və strategiyamız var və ixracla bağlı qərarı biz verə bilərik. Bu, fransız xüsusiyyətidir və bizə çox muxtar diplomatiyaya sahib olmağa imkan verir. Bu bizim tariximizdən gəlir.
Prezidentin qəbul etdiyi qərarlar istiqamətində də qərarlardan biri də Ermənistana, Ermənistan Müdafiə Nazirliyinə dəstək verməkdir. Hazırda prioritet bunlardan istifadə etmək üçün materialları, silahları əldə etməkdir. Prioritet budur. Ona görə də bir sıra məktublar və sənədlər imzalanıb”.
Nazir qeyd edib ki, müəyyən nəzarət materialları olmadan sərhəd mühafizəsindən danışa bilmirlər.
“Yəni hər dəfə erməni tərəfdaşlarımızın ifadə etdiyi əməliyyat ehtiyaclarından çıxış edəcəyik və müvafiq təkliflər verməliyik”.