Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Digər müqavilə isə müdafiə nazirinin müavini Karen Brutyanla fransız şirkətinin nümayəndəsi arasında imzalanıb.
Sənədlərin imzalanmasından sonra Suren Papikyan və Sebastyan Lekornunun mətbuat konfransı başlayıb.