Türkiyə axtarış əməliyyatları üçün Bolqarıstan hava məkanından istifadə edə biləcək.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə,Milli Müdafiə Nazirliyinin mənbələri nazir Yaşar Gülərin Bolqarıstanın müdafiə naziri Todor Taqarevlə görüşündə imzaladığı “Türkiyə-Bolqarıstan Sərhəd Keçid Hava Polisi Anlaşma Memorandumu”nun təfərrüatları ilə bağlı məlumat paylaşıb.
Qeyd edilib ki, bu hava təhdidlərinin qarşısını almaq üçün hava polisi vəzifələrini yerinə yetirən təyyarələrin başqa ölkənin sərhədini keçərək "isti təqib"ini davam etdirməyə imkan verən müqavilələrdir: “Qonşu NATO ölkələri bu müqavilələri öz aralarında ikitərəfli və ya çoxtərəfli şəkildə bağlayırlar və bu müqavilələr NATO tərəfindən tövsiyə olunur”.