Yeni görüş, bəli, planlaşdırılır. Baş nazir Paşinyan və prezident Əliyevin Münhen görüşündən sonra xarici işlər nazirləri ilə yanaşı baş nazir müavinlərinin də görüşməsi barədə razılıq əldə olunub. Bunu jurnalistlərlə keçirdiyi brifinqdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Hazırda bu müzakirə olunur, nə gün, nə vaxt, nə yerlə bağlı hələ ki, aydınlıq yoxdur, nə vaxt baş versə, müvafiq mesaj olacaq”, - deyə o bildirib.
Sülh müqaviləsinə gəlincə, Armen Qriqoryan xatırladıb ki, Ermənistan tərəfi Azərbaycanın təkliflərini alıb. “Yəni yanvarın 4-də verdiyimiz cavabdan sonra Azərbaycan öz versiyasını göndərdi və biz işimizi davam etdiririk və inanırıq ki, yaxın vaxtlarda xarici işlər nazirləri görüşəndə təbii ki, sülh müqaviləsini müzakirə edəcəklər”.
“Görüşün harada və necə keçirilə biləcəyi variantları müzakirə olunur. Düşünürəm ki, bu yaxınlarda ictimaiyyətə açıqlanacaq”,- deyə Qriqoryan qeyd edib.