Biz qoşunların güzgülü şəkildə geri çəkilməsi məsələsini gündəmimizdə saxlayırıq, bu məsələdə Azərbaycanla razılığa gəlməyə çalışacağıq, çünki bu, hər iki tərəfin razılığa gəlməsinin zəruri olduğu bir məsələdir. Bunu jurnalistlərlə keçirdiyi brifinqdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Biz müzakirə etməyə davam edəcəyik, görək hansı həll yolları tapırıq, lakin biz qəti əminik ki, qoşunların güzgülü şəkildə geri çəkilməsi hətta insidentlərin qarşısını almaq üçün ən yaxşı vasitələrdən biridir, müəyyən kilometr məsafədə silahlı qüvvələr düzülərsə və sərhəd qoşunları bütün sərhəd boyu yerləşdirilərsə, bu, təbii ki, sabitlik amili olacaqdır. Bu isə bizim gündəmimizdə qalır”, - deyə o bildirib və əlavə edib ki, bu, Azərbaycan tərəfdaşları ilə hələ də müzakirə olunur.