ER baş naziri Nikol Paşinyan xanımı Anna Hakobyanla iki günlük işgüzar səfərlə Fransaya gəlib.
“Bu gün Fransa prezidenti Emmanuel Makronla görüşüm var. Axşam Fransa Prezidenti və xanımı Bricit Makronla birlikdə Paris Panteonunda Müqavimət Hərəkatının erməni qəhrəmanı Misak Manuşyan və onun həyat yoldaşı Melin Manuşyanın qalıqlarının Fransanın Panteonunda dəfn edilməsi mərasimində iştirak edəcəyik.
Bu gün mənim Fransa Senatının sədri Jerar Larşe ilə də görüşüm olacaq.
Səfər çərçivəsində Fransanın baş naziri Qabriel Atal, Paris meri Ann Hidalqo və digər tərəfdaşlarla görüşlər planlaşdırılır", - ER baş naziri yazıb.