“Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd edək ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gedərkən hava limanında saxlanılıb.
Zeynallı öz Instagram səhifəsində bildirib ki, saxlanılma səbəbi Ermənistan tərəfindən axtarışa verilməsdir.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da KİV-lərə açıqlamasında təsdiqləyib ki, Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanılıb.
KİV-lərdə yayılan məlumatlara görə, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Dağlıq Qarabağda müharibə və insanlığa qarşı cinayətlər törədib.