Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Ermənistanla müttəfiqlik əlaqələrinin inkişafına diqqət yetirir, Yerevan müttəfiq olaraq qalır və təşkilatda fəaliyyətini davam etdirir.
Bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun “International Affairs” jurnalındakı məqaləsində deyilir.
“Təşkilat Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqi üçün sülhməramlı missiya göndərməyə hazır idi, lakin bu işin yekun hissəsində Yerevan Azərbaycanla sülh sazişinin yaxınlaşması ilə əlaqədar müvafiq sənədin gündəlikdən çıxarılmasını xahiş edib.
Eyni zamanda, Ermənistanın təşkilatda işi davam edir, Yerevan KTMT çərçivəsində çoxtərəfli təmaslar aparılır. Ermənistan müttəfiq olub və qalır. KTMT Ermənistan Respublikası ilə müttəfiqlik münasibətlərini inkişaf etdirir”, - Tasmaqambetov qeyd edib.