“The Guardian” yazır ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasına müvəqqəti atəşkəs tələb edən və İsraili Rəfaha hücumunu davam etdirməməyə çağıran qətnamə təklif edib.
Qəzet qeyd edir ki, ABŞ ilk dəfə olaraq İsrail və HƏMAS arasında atəşkəsə birmənalı dəstək verib. Qeyd olunur ki, bu layihə ABŞ tərəfindən təcili humanitar atəşkəs tələb edən Əlcəzairin qətnamə layihəsinə alternativ olaraq təklif edilir.