Kanada 800-dən çox SkyRanger R70 çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) Ukrayna ordusuna təhvil verəcək.
Bu barədə Kanadanın Milli Müdafiə naziri Uilyam Bleyerin bəyanatında deyilir.
Yardım paketinin dəyəri 70 milyon dollar qiymətləndirilir. Qeyd olunur ki, PUA-lar döyüş sursatı da daxil olmaqla 3,5 kq-a qədər faydalı yük daşıya bilir. Ottavanın yazda PUA-ları Kiyevə göndərməyə başlayacağı gözlənilir.
Ötən həftə Blair Ottavanın Ukraynanı F-16 qırıcıları ilə təmin etmək üçün 60 milyon Kanada dolları (44 milyon dollar) ayıracağını bildirmişdi.