Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2025-ci il fevralın 24-dək uzadıb.
Söhbət Rusiyanın tərkibinə Donetsk və Luqansk, Xerson və Zaporojyanın daxil olmasına dair sanksiyalardan gedir. “Aİ-nin indiyədək gördüyü bütün tədbirlərin və zəruri hallarda əlavə tədbirlərin görülməsinin qüvvədə saxlanılması məqsədəuyğundur”, - deyə məlumatda qeyd olunub.