İtaliyalı jurnalist Simone Zopelaro araşdırmasında Avropa ölkələrinin və xüsusən də İtaliyanın “2023-cü ilin sentyabrında etnik təmizləmə aparan” Azərbaycan diktaturasına birbaşa və dolayısı dəstəyinə toxunub.
O, Azərbaycan və Rusiyanı müqayisə edib, qeyd edib ki, Avropa Rusiyadan enerji daşıyıcılarının alınmasını tədricən azaldır, digər tərəfdən, bəzi dövlətlər enerji sahəsində Azərbaycanla daha sıx əlaqələr qurur. Jurnalistin sözlərinə görə, İtaliya Azərbaycan qazının paylanması üçün qovşaq rolunu öz üzərinə götürməyi planlaşdırır. Eyni zamanda o, Bakının bu məsələdə Moskva ilə sıx əməkdaşlıq etdiyini xatırladır. Rusiyanın “Qazprom” şirkəti Azərbaycan SOCAR-a qaz tədarük edir ki, SOCAR avropalı istehlakçıların tələbatını ödəsin.
Zopelaro Bakı ilə Roma arasında hərbi sahədə əməkdaşlığa da toxunub. O xatırladıb ki, İtaliyanın müdafiə naziri Gvido Krozetto “Azərbaycan ilə NATO, eləcə də Azərbaycan və Aİ arasında əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə” 2023-cü ilin yanvarında Bakıya rəsmi səfər edib. Jurnalistin fikrincə, İtaliya həm də Bakının “kürü diplomatiyası” üçün münbit zəmin rolunu oynayıb.
Jurnalist Corca Meloni hökumətini ikili standartlar tətbiq etməkdə ittiham edərək, onun Türkiyəyönlü siyasət aparan Viktor Orbana bənzədiyini bildirib.