Fevralın 19-da Braziliyada ER və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib. Görüşdə Ermənistan tərəfindən Xİ nazirinin müavini Paruyr Hovhannisyan, Braziliya tərəfindən isə XİN baş katibi Maria Laura dı Roşan iştirak edirdi.
ER XİN-dən verilən məlumata görə, tərəflər ikitərəfli əlaqələrin gündəmindəki məsələlərini müzakirə etdi.
Ermənistan-Braziliya siyasi dialoqunun aktivləşdirilməsi, hüquqi müqavilə sahəsinin genişləndirilməsi, ticarət-iqtisadi və parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsidə tərəflərin hazır olması vurğulanıb.
Beynəlxalq təşkilatlar çərçivəsində nazirliklər arasında qarşılıqlı əməkdaşlığa da toxunulub və XİN-lər arasında mütəmadi məsləhətləşmələrin keçirilməsinə əhəmiyyət verilib.
Regional nəqliyyat və iqtisadi layihələrlə bağlı məsələlərə də toxunulub, bu kontekstdə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan ER hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” layihəsini təqdim edib.
P.Hovhannisyan Braziliya Xarici İşlər Nazirliyinin baş katibinə Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini də təqdim edib.