Fevralın 19-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyatlar üzrə komandiri Stefano Tomatı qəbul etdi.
Görüş zamanı Aİ-nin ER-dakı mülki monitorinq missiyası ilə bağlı məsələlər müzakirə olunub.
Nazir Mirzoyan Azərbaycanla sərhəddə sabitliyin təmin olunmasına missiyanın mühüm töhfəsini vurğuladı.
Qeyd olunub ki, missiya ER-Aİ əməkdaşlığının genişlənməsinin gözəl nümunələrindən biridir. Bu kontekstdə Ararat Mirzoyan və Stefano Tomat ER-Aİ tərəfdaşlığının geniş gündəliyinə aid məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran istiqamətlər və mexanizmlər vasitəsilə verilən imkanları müzakirə ediblər.
Tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərinə də toxundular.