Fevralın 19-da Ermənistan Respublikasının Qazaxıstandakı səfiri Armen Qevondyanın Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev ilə görüşü olub. Bu barədə Ermənistanın Qazaxıstandakı səfirliyi məlumat yayıb.
Görüşdə nazir M.Karabayev Qazaxıstanda həyata keçirilən islahatlar prosesini ətraflı təqdim edib və qeyd edib ki, bu islahatlar ölkənin nəqliyyat-logistika və tranzit potensialının inkişafına, o cümlədən Aktau və Kurik dəniz limanlarının infrastrukturunun yaxşılaşdırılmasına yönəlib.
Öz növbəsində səfir A.Qevondyan Ermənistan tərəfinin regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında maraqlı olduğunu bir daha təsdiq edərək, Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsinin əsas komponentlərini və prinsiplərini təqdim edib.