Ukraynada döyüş meydanında vəziyyət 3 ay ərzində “həll olunacaq”.
Bunu Münxen Təhlükəsizlik Konfransında Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.
Cozep Borrel Ukraynaya yardımın artırılmasına vacib sayıb: "Üç ay ərzində döyüş meydanında vəziyyət müəyyənləşəcək. Biz artıq "Avropa seçkilərini gözləyək" və ya "daha çox təfərrüatları bilmək istəyirik" deyə bilmərik. Biz daha sürətli, daha qətiyyətli olmalıyıq, hərbi vəziyyətdə yaşayırıq. Kiyevə daha çox yardım göstərməyə çağırıram”.