Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olacaq.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələləri də müzakirə edəcəklər.
Daha sonra prezidentlərin iştirakı ilə Türkiyə və Azərbaycan arasında sənədlər imzalanacaq.
Ardınca İ.Əliyev və R.T.Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər.