Macarıstan hökuməti ABŞ senatorları ilə görüşdən imtina edib. Bu barədə "Associated Press" məlumat yayıb.
Nəşrin məlumatına görə, Amerika nümayəndə heyətinin məqsədi İsveçin NATO-ya daxil olmaq üçün müraciətinin təsdiqini tələb etmək olub. Qəbuldan imtina edildikdən sonra ziyarətçilər bu davranışı "qəribə" kimi qeyd ediblər.
Bununla belə, onlar İsveçin NATO-ya üzvlüyünün fevralın 26-da Macarıstan qanunvericilərinin toplantısı zamanı ratifikasiyaya təqdim ediləcəyinə ümid etdiklərini bildiriblər.