Cümə günü, fevralın 16-da Bavariyanın paytaxtı Münhendə təhlükəsizlik məsələləri üzrə dünyanın ən nüfuzlu forumu olan 60-cı Beynəlxalq Təhlükəsizlik Forumunun işi başlayıb. Tədbirdə 50-yə yaxın ölkənin dövlət və hökumət başçıları da daxil olmaqla 180 yüksək səviyyəli hökumət nümayəndəsi iştirak edir.
Konfransda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev Münhenə səfərə gəlib.
Konfransın əsas mövzuları Ukrayna və Yaxın Şərq, eləcə də Somali, Sudan və Haitidəki müharibələr olacaq. Digər mühüm mövzular birgəyaşayış üçün əsas kimi beynəlxalq hüququn aliliyi, BMT Təhlükəsizlik Şurasının mümkün islahatı və iqlim dəyişikliyi olacaq.