Bolqarıstana rəsmi səfəri çərçivəsində ER Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Prezidenti Rumen Radyev tərəfindən qəbul edilmişdir. Bu barədə Parlamentdən bildirilib.
Bolqarıstan Prezidenti qeyd edib ki, Ermənistan-Bolqarıstan dövlətlərarası sıx əlaqələrinə baxmayaraq, sənaye, ticarət, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq üçün reallaşdırılmamış böyük potensial mövcuddur.
ER Parlamentinin sədri Alen Simonyan Bolqarıstan Prezidentinə “Sülhün kəsişməsi” layihəsini və Cənubi Qafqaz regionunda sülh və davamlı təhlükəsizliyin bərqərar olunmasında Ermənistanın üzləşdiyi problemləri təqdim edib.
Rumen Radyev regionda son hərbi əməliyyatlardan narahatlığını ifadə edib və əmin edib ki, Bolqarıstan sülhün bərqərar olması üçün hər şeyi edəcək.
"Bütün çağırışlara baxmayaraq, Ermənistan sülh prosesinə sadiqdir və bu kontekstdə biz Bolqarıstanın da dəstəyini gözləyirik", - deyə Alen Simonyan vurğulayıb.
Görüşdə təhsil, mədəniyyət, infrastruktur, turizm, hərbi və ticarət və iqtisadiyyat sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edilib.