Fevralın 15-də ER xarici işlər naziri Ararat Mirzoyan Toqonun xarici işlər, Afrika inteqrasiyası və diaspora naziri Robert Duse ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Tərəflər ikitərəfli münasibətlərin inkişafı və siyasi dialoqun aktivləşdirilməsi imkanlarını müzakirə ediblər. Əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadiyyat, ticarət, o cümlədən mədəniyyət sahələrində inkişaf etdirilməsində, bu məqsədlə zəruri olan hüquqi müqavilə bazasının formalaşdırılmasında, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilində qarşılıqlı maraq vurğulandı.
Ermənistan və Toqonun xarici işlər nazirləri beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Görüşdə Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti də müzakirə olunub. Ermənistan Respublikasının Xarici İşlər Naziri cari çağırışları və onların aradan qaldırılmasında erməni tərəfinin mövqeyini təqdim edib.