"Ermənistan Azərbaycana Praqa razılaşmaları əsasında delimitasiya prosesini sürətləndirməyi təklif edir və buna hazır olduğunu təsdiqləyir".
Bu fikirləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan baş nazir Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasında çıxışı ilə bağlı Azərbaycan XİN-in bəyanatına cavab olaraq bildirib.
“Xatırladırıq ki, 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan və Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanımaq barədə yazılı razılığa gəliblər və bu bəyannamə demarkasiya prosesinin siyasi əsasıdır”, - deyə Badalyan qeyd edib.