Berlinə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolts təhlükəsizlik öhdəlikləri və uzunmüddətli dəstək haqqında saziş imzalayıblar.
Şolts əmin edib ki, Almaniya lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək.
Zelenski Berlinə işgüzar səfərə gəlib. Buradan o, Parisə gedəcək və orada Fransa prezidenti Emmanuel Makronla da belə sazişin imzalanması planlaşdırılır.
Bundan əvvəl, yanvarın 12-də Ukrayna prezidenti və Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyev NATO-ya daxil olana qədər qüvvədə olacaq təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar. O, Ukraynaya yeni hücum zamanı sürətli və davamlı dəstəyi nəzərdə tutur.