Keçən həftə Avropa Şurasının prezidenti Şarl Mişel diktatoru “yenidən seçilməsi” münasibəti ilə təbrik edib və münasibətlərin normallaşması üzərində işləməyi səbirsizliklə gözlədiyini bildirib. Bunu Avropa Parlamentinin deputatı Miriam Leksman özünün X mikrobloqunda yazıb.
"Prezident Mişel nə vaxt başa düşəcək ki, onun yumşaq mövqeyi yalnız Əliyevin aqressiyasını təşviq etməyə xidmət edir", - Avropa Parlamentinin deputatı yazıb.