Bayden administrasiyası Konqresdən Dağlıq Qarabağ münaqişəsində zərərçəkənlərə humanitar yardımı əhatə edən milli təhlükəsizlik paketi çərçivəsində əlavə resurslar istəyir.
Ağ evdə keçirilən mətbuat konfransında prezident Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, administrasiyanın sorğusu "bütün dünyada münaqişələrdən zərər çəkən həssas insanlara" humanitar yardımı nəzərdə tutur.
"Buraya Rusiyanın təcavüzü zamanı öz evlərini tərk edən milyonlarla ukraynalı, həmçinin Sudan və Dağlıq Qarabağda münaqişələrdən əziyyət çəkənlər daxildir", - o deyib.
"Qəzza zolağında 2 milyondan çox fələstinli də dəstək alacaq", - Sallivan deyib.