Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan tərəfinin Dağlıq Qarabağda Böyük Vətən Müharibəsi qəhrəmanlarının və iştirakçılarının abidələrinin dağıdılmasına münasibət bildirib.
“Biz hətta Böyük Vətən Müharibəsi abidələrinin təhqir olunmasına işarə olan bütün materialları diqqətlə öyrənirik. Harada və kimin etməsindən asılı olmayaraq, bu, qəbuledilməzdir.
Bakı ilə Yerevan arasında barışıq prosesi çərçivəsində biz hər iki tərəfi tarixi-mədəni irsə hörmətlə yanaşmağa, abidələrə qarşı müharibə aparmamağa çağırırıq”,- Zaxarova qeyd edib.