2024-cü il fevralın 12-də La Sel Sen Kludda “Veymar üçbucağı” ölkələri – Fransa, Almaniya və Polşanın xarici işlər nazirlərinin görüşü keçirilib və bu görüşdə tərəflər üçtərəfli əməkdaşlığa yeni təkan vermək əzmində olduqlarını təsdiqləyiblər.
Xarici işlər nazirləri Ukraynadakı vəziyyəti, Yaxın Şərqdəki vəziyyəti, Qəzza zolağındakı humanitar vəziyyəti, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərini müzakirə ediblər və bu münasibətlə Almaniya, Fransa və Polşa xarici işlər nazirliklərinin rəhbərləri elan ediblər:
“Biz Cənubi Qafqazda ədalətli və sabit sülhü təmin etməyə çağırırıq və Ermənistan və Azərbaycan arasında dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının vasitəçilik səylərini dəstəkləyirik. Biz Cənubi Qafqaz dövlətlərinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha təsdiqləyirik”.