Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda keçirdiyi brifinqdə bildirib ki, çərşənbə axşamı ABŞ Ermənistan-Azərbaycan sərhədində hərbi toqquşmalar barədə məlumatlardan narahadır.
“Biz həlak olanların və yaralananların ailələrinə başsağlığı veririk. Gücdən istifadə danışıqlara xələl gətirir. Davamlı sülhə aparan yeganə yol danışıqlar masası arxasındadır”, - Miller deyib.
"Atəşkəs rejiminin hər hansı pozuntusu araşdırılmalı və lazımi şəkildə həll edilməlidir. Dövlət katibinin daim vurğuladığı kimi, ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir", - Miller qeyd edib.