ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun katibinin müavini Ceyms O'Brayn çərşənbə axşamı Ermənistan-Azərbaycan sərhədində baş verən son hərbi eskalasiyaya münasibət bildirib.
“Düşünürəm ki, mövcud gərginlik daha fəal diplomatiyanın vacibliyini bir daha nümayiş etdirir”, - deyə yüksək vəzifəli məmur əlavə edib: “Biz bundan sonra da tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışacağıq”.
O'Brayn Avropaya getməzdən əvvəl jurnalistlərlə söhbət edib. O, Münhen Təhlükəsizlik Konfransında dövlət katibi Entoni Blinkeni müşayiət edəcək.
Tədbirə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın da qatılacağı gözlənilir.
O'Brayn Azərbaycanın "Turan" agentliyinin Münhendə konkret görüşlərin mümkünlüyü ilə bağlı sualına cavab verməkdən yayınıb.
Münhendə Blinkenin gündəliyinə gəlincə, o, dövlət katibinin dörd mövzuya toxunacağını bildirib: Ukraynanın, Yaxın Şərqin dəstəklənməsi, Tayvan boğazında sülhün dəstəklənməsinin vacibliyi, beynəlxalq institutlarda əməkdaşlığın vacibliyi.