Fevralın 14-də ER xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqa işgüzar səfərə gəlib. ER xarici işlər naziri Ararat Mirzoyan Lüksemburq Böyük Hersoqluğunun xarici işlər naziri Xavyer Betelli ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər iki ölkə arasında ümumi dəyərlərə və maraqlara əsaslanan güclü siyasi dialoqu məmnunluqla qeyd ediblər.
Ermənistan və Lüksemburq arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Ermənistan və Lüksemburqun xarici işlər nazirləri regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər. Ararat Mirzoyan həmkarına Azərbaycan silahlı qüvvələrinin ER Syunik bölgəsinin Nerkin Hand kəndində növbəti təxribat və güc tətbiqi insidentinə toxunaraq, son günlərdə baş verənləri təqdim edib. Ararat Mirzoyan ER-nin Cənubi Qafqazda sabitlik əldə etmək səylərini, vəziyyəti sabitliyi pozmaq cəhdlərini və beynəlxalq tərəfdaşların iştirakı ilə onların qarşısının alınmasının vacibliyini vurğulayıb. Bu kontekstdə Ermənistan Respublikasının xarici işlər naziri Azərbaycanla beynəlxalq sərhəddə yerləşən Aİ-nin müşahidə missiyasının fəaliyyətinin vacibliyini qeyd edib.