NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə Ksavye Kolomina özünün X mikrobloqunda ER xarici işlər naziri Ararat Mirzoyanla Brüsseldə keçirilən görüşdən yazıb.
“Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşə görə şadam, bu, Yerevana sonuncu səfərimin davamıdır. Biz NATO-Ermənistan ikitərəfli əməkdaşlığının necə gücləndirilməsini öyrəndik, mən respublikanın NATO-nun Kosovodakı missiyasının fəaliyyətinə artan investisiyalarını alqışladım, regional təhlükəsizlik və Azərbaycanla sülh danışıqlarının vəziyyəti ilə bağlı məsələləri müzakirə etdik”, - deyə Kolomina yazıb.