Brüsselə səfəri çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Piris ilə də görüşüb.
Görüş zamanı tərəflər son regional hadisələri və vəziyyətin sabitliyini pozmaq cəhdlərini müzakirə ediblər. Ararat Mirzoyan Ermənistanın məlum prinsiplərə əsaslanaraq mövcud çağırışların öhdəsindən gəlməyə mövqeyini və yanaşmalarını bir daha təsdiqləyib.
Tərəflər Ermənistan-NATO tərəfdaşlığının daha da gücləndirilməsinə yönəlmiş səylərə də toxunublar.