Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Rusiyanın Bakıdakı səfiri Mixail Evdokimovun müsahibəsinə reaksiya verərək bildirib ki, “mina və partlamamış hərbi sursat təhlükəsini aradan qaldırmaq üçün birgə səylər həyata keçirmək məqsədi ilə” Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələri ilə məsləhətləşmələrə ehtiyac var.
Hacızadə bir daha vurğulayıb ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi müddəti 2025-ci ildə başa çatır.
Bundan əvvəl Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov “İzvestiya” qəzetinə müsahibəsində bildirmişdi ki, Rusiya sülhməramlı qoşunları ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır.