Fevralın 12-də ER səlahiyyətli orqanları tərəfindən Azərbaycan KİV-lərində həmin gün ER sərhədçilərinin Kapan bölgəsində bir Azərbaycan əsgərini yaralaması ilə bağlı yayılan görüntüləri və məlumatları araşdırdıqlarını bildirilməsinə baxmayaraq, fevralın 13-də səhər saatlarında Azərbaycan tərəfi bu istiqamətdə təcavüzkar hərəkətlər əl atıb. Bu onu göstərir ki, Azərbaycan sərhədlərdə eskalasiyalar həyata keçirmək üçün bəhanələr axtarır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, fevralın 13-də səhər saatlarında Nerkin Hand kəndi istiqamətində Azərbaycan silahlı qüvvələrinin təxribatı və güc tətbiqi nəticəsində erməni tərəfndə 4 itki, 1 yaralı olub.
Vurğulanıb ki, bu hərəkətlərindən əvvəl Azərbaycanın hərbi-siyasi rəhbərliyi tərəfindən hərbi bəyanatları olub, son günlərdə isə informasiya-təbliğat hazırlıqları həyata keçirilib.
“Azərbaycan rəhbərliyi davamlı olaraq Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində maraqlı olan tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş danışıqları bərpa etmək səylərini dayandırmağa çalışır.
Biz Azərbaycanın hərbi təxribatlarını qətiyyətlə pisləyir, sabitliyi pozan addımlardan çəkinməyə və danışıqlara qayıtmağa çağırırıq. Biz bir daha Ermənistan tərəfinin sərhəd təhlükəsizliyinin artırılmasına yönəlmiş etibarlı tədbirlərin həyata keçirilməsi ilə bağlı irəli sürdüyü təklifləri təsdiqləyirik”, - bəyanatda deyilir.