Fevralın 12-də ER xarici işlər naziri Ararat Mirzoyan Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin sədri Natali Luazo (Renew Europe, Fransa) ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Görüş zamanı ER-Aİ tərəfdaşlığı gündəliyi məsələləri müzakirə olunub. Bu kontekstdə tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərinə və bu istiqamətdə hər iki tərəfin göstərdiyi səylərə toxunulub. Cənubi Qafqazda regional məsələləri də müzakirə olunub.
Ararat Mirzoyan Avropa Parlamentinin həmkarına mövcud çətinliklərin aradan qaldırılmasında Ermənistan tərəfinin mövqeyini təqdim edib.
Ermənistana qarşı ərazi iddiaların qarşısının alınmasının, sərhədlərin bölünməzliyinə qeyd-şərtsiz hörmətin vacibliyi vurğulanıb.
Ermənistan Respublikası və Dağlıq Qarabağ xalqı üçün çətin şəraitdə Avropa Parlamentinin göstərdiyi prinsipial yanaşmaya və aydın qiymətləndirmələrlə qəbul edilmiş sənədlərə istinad edilib.
Nazir Mirzoyan ER üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin təbliğinə, humanitar dəyərlərin qorunmasına verdiyi mühüm töhfəyə görə Natali Luazoya təşəkkür edib və onu ER “Təşəkkür” medalı ilə təltif edib.