Fevralın 13-də Brüsseldə ER-Aİ Əməkdaşlıq Şurasının sessiyası ərəfəsində ER xarici işlər naziri Ararat Mirzoyan və Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel arasında təkbətək söhbət olub. Bu barədə ER XİN məlumat yayıb.
ER-Aİ tərəfdaşlığı ilə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ER-Aİ hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin icra prosesinə, ER-də demokratik inkişaflara, eləcə də tərəfdaşlığın yeni istiqamətlərdə inkişafı üçün son vaxtlar həyata keçirilən addımlara və mövcud perspektivlərə toxunulub.
Cənubi Qafqazda təhlükəsizlik məsələləri də müzakirə olunub.
Bu gün Ermənistanın Syunik bölgəsinin Nerkin Hand qəsəbəsi ərazisində Azərbaycan silahlı qüvvələri tərəfindən növbəti təxribat və güc tətbiqi insidentinə də toxunulub. ER XİN rəhbəri vurğulayıb ki, bu insident bir daha göstərir ki, Azərbaycan sərhədlər eskalasiyası üçün bəhanələr axtarır və Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində maraqlı olan tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş danışıqları bərpa etmək səylərini dəf etməyə çalışır.
Cənubi Qafqazda vəziyyətin sabitliyini pozmağa yönəlmiş gələcək addımların qarşısının alınmasının vacibliyini vurğulanıb.