Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumatda deyilir ki, görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb.
“Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib”.