Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə gedir.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, nazir bu gün və sabah Belçika paytaxtında səfərdə olacaq və orada Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının 5-ci iclasında iştirak edəcək.
Mirzoyan səfər çərçivəsində belçikalı həmkarı və digər yüksək rütbəli rəsmilərlə də görüşlər keçirəcək.