Baş nazir Nikol Paşinyan Avrasiya İqtisadi Komissiyasının idarə heyətinin sədri Bakitjan Saqintayevi qəbul edib.
Baş nazir cənab Saqintayevi yeni vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona səmərəli iş arzulayıb.
Həmsöhbətlər ER-in Avrasiya İqtisadi İttifaqında sədrliyinin prioritetləri və proqramları ilə bağlı məsələləri müzakirə ediblər. Aİİ çərçivəsində əməkdaşlıq və iqtisadi inkişafla bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.
ER hökumətinin “Sülhün kəsişməsi” layihəsinə də istinad edilib.