Dünən axşam saatlarında ABŞ Konqresinin F-16-nın Türkiyəyə satışı ilə bağlı etiraz müddəti başa çatıb və satışı rəsmi olaraq təsdiqlənib. İndi istehsalçı ilə müvafiq strukturlar arasında danışıqlara başlanılacaq. Hürriyət yazır ki, yeni təyyarələrin çatdırılması sifarişlərin çoxluğuna görə bir qədər gecikə bilər.
ABŞ qanunlarına əsasən, Konqresə NATO müttəfiqinə əsas müdafiə sənayesi satışlarını nəzərdən keçirmək üçün 15 gün vaxt verilib. Bu prosesdə satışın qarşısını alan qanun layihəsi nə Senatda, nə də Nümayəndələr Palatasında keçməzsə və prezident bunu təsdiq etməzsə, satış baş verir.
Paketə minlərlə hərbi sursat, proqram və texniki təchizat, həmçinin Türkiyənin 40 Blok 70 F-16 döyüş təyyarəsi və 79 təyyarə təkmilləşdirmə dəsti tələbi daxildir.