Fevralın 9-da Parisdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurney ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər qarşılıqlı maraq doğuran geniş spektrli məsələləri hərtərəfli müzakirə ediblər, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda birgə sıx qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunublar.
İkitərəfli gündəliyi ilə bağlı məsələlərə toxunularaq yüksək səviyyəli siyasi dialoq qeyd olunub və çoxsahəli əməkdaşlığın daha da gücləndirilməsinə hazır olduqları vurğulanıb.
Ermənistan və Fransa nazirləri qarşıdan gələn yüksək səviyyəli tədbirlərə toxunublar. Ararat Mirzoyan və Stefan Sejurne həmçinin ER-Aİ tərəfdaşlığı gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti ilə bağlı məsələləri ətraflı müzakirə ediblər.
Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində əsas prinsipləri vurğuladı.
ER XİN rəhbəri Fransanın Cənubi Qafqazda təhlükəsizlik çağırışlarının aradan qaldırılmasına, o cümlədən ədalətli və sabit sülhün bərqərar olmasına yönəlmiş xüsusi diqqət və səylərini yüksək qiymətləndirib.
Görüş zamanı regional nəqliyyat və iqtisadi layihələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.