ER Baş naziri Nikol Paşinyan Çin Xalq Respublikasının Sədri Si Cinpinə və Dövlət Şurasının sədri Li Qiana Çin Yeni ili münasibətilə təbrik məktubu göndərib.
Qeyd olunub ki, Ermənistan-Çin ənənəvi dostluq əlaqələri zəngin tarixə malikdir və qarşılıqlı etimad və böyük hörmətlə səciyyələnir.
“Ermənistan hökuməti xarici siyasət prioritetləri sırasında Çin Xalq Respublikası ilə çoxşaxəli, o cümlədən regional təşəbbüslərdə əməkdaşlığın inkişaf etdirilməsini nəzərə alaraq, Ermənistan-Çin münasibətlərinə böyük əhəmiyyət verir.
Ümidvaram ki, yaxın gələcəkdə əvvəlki illərdə əldə edilmiş tərəfdaşlıq münasibətlərini, o cümlədən yüksək səviyyəli səfərlərin aktivləşdirilməsi yolu ilə daha da genişləndirmək və dərinləşdirmək imkanı olacaq.“