Fevralın 13-də Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclası keçiriləcək və burada ikitərəfli münasibətlər və siyasi məsələlər müzakirə olunacaq. Bu barədə Avropa Şurasının yaydığı mesajda qeyd olunub.
Aİ və Ermənistan Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icra vəziyyəti və Aİ-Ermənistan tərəfdaşlığının prioritetləri, eləcə də Aİ-Ermənistan tərəfdaşlığının daha iddialı gündəliyinin irəlilədilməsi imkanları barədə fikir mübadiləsi aparacaqlar.
Siyasi dialoq və islahatlar, demokratiya, qanunun aliliyi və insan haqları, iqtisadi, ticari və sektorlar üzrə əməkdaşlıq, o cümlədən miqrasiya, mobillik və viza liberallaşdırılması üzrə dialoqun başlanması perspektivləri ilə bağlı məsələlər müzakirə olunacaq.
Daha sonra iştirakçılar siyasi məsələlər, o cümlədən regional məsələlər, xarici və təhlükəsizlik siyasəti ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Tərəfdaşlıq Şurasına Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel sədrlik edəcək. Ermənistan nümayəndə heyətinə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan başçılıq edəcək”, - deyə məlumatda qeyd edilir.