Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi nəticəsində 2023-cü ildə Azərbaycanda saxlanılan ermənilərlə onların qohumları arasında 660 şifahi, video, yazılı mesaj və telefon danışığı aparılıb.
“Biz mütəmadi olaraq saxlanılan şəxslərə baş çəkirik və onlara ailələri ilə əlaqə saxlamağa kömək edirik”, - Komitənin X səhifəsində deyilir.