"Sərhədsiz Reportyorlar" (SR) noyabrın 20-də başlayan jurnalistlərin həbsi dalğasını pisləyir və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan ölkələri buna qətiyyətli reaksiya verməyə çağırır. Bu barədə SR-in seçkilər ərəfəsində yaydığı bəyanatda deyilir.
Belə ki, səkkiz KİV işçisi, o cümlədən Abzas Media saytının beş əməkdaşı həbs edilib.
"Sərhədsiz Reportyorlar" ATƏT-ə üzv olan ölkələri Azərbaycan rejiminin iqtisadi təzyiqinə və manipulyasiyalarına qarşı mübarizə aparmağa və etibarlı məlumat əldə etmək imkanını məhv etmək cəhdlərini ən qətiyyətli şəkildə pisləməyə çağırır",- deyə bəyanatda qeyd edilir.
Sənəddə həbsxanada Abzas Media-nın jurnalistlərinə qarşı sərt rəftardan danışılır: onların ailələri ilə əlaqə saxlamasına imkan verilmir, tibbi yardım və isti sudan istifadə imkanları məhdudlaşdırılır, pis sanitar-gigiyenik şəraitdə saxlanılırlar.